“Beşiktaş”ın sabiq üzvü “Seltik”də - RƏSMİ
07.02.2026 - 22:41
“Beşiktaş”ın sabiq üzvü “Seltik”də - RƏSMİ

Aleks Oksleyd-Çamberleynin yeni klubu müəyyənləşib.

Apasport.az xəbər verir ki, İngiltərə millisinin sabiq üzvü karyerasını Şotlandiyada davam etdirəcək.

Çemberleyn "Seltik"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı yarımmüdafiəçi ilə 6 ay + 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Arsenal", "Liverpul" kimi klublarda çıxış etmiş Aleks-Oksleyd Çemberleyn son olaraq "Beşiktaş"ın formasını geyinib.