Uruqvay millisinin baş məşqçisi Marselo Bielsa DÇ-2026 ilə vidalaşmalarını şərh edib.
Apasport.az xəbər verir ki, argentinalı mütəxəssis İspaniyaya 0:1 hesablı məğlubiyyətdən sonra nəticəyə görə məsuliyyəti öz üzərinə götürüb.
“Fərdi keyfiyyətlərdən yaxşı komanda formalaşdıra bilmədim. Uruqvay futboluna heç nə verə bilmədim. Dünya çempionatına qatılmağımızın heç bir dəyəri yoxdur. Amerika Kubokunda üçüncü olmağımızın da dəyəri yoxdur. Geridə heç nə qoymamış biri kimi xatırlanacağam. Uğursuzam”.
Bielsa komandasının qrupdakı çıxışını da məyusedici adlandırıb. O, daha əvvəl Kabo-Verde ilə 2:2 hesablı heç-heçədən sonra iki oyunda itirilən xallara görə əsas məsuliyyətin özündə olduğunu bildirmişdi.
Qeyd edək ki, Uruqvay H qrupunda Səudiyyə Ərəbistanı və Kabo-Verde ilə heç-heçə edib, son turda isə İspaniyaya 0:1 hesabı ilə uduzaraq mundialla vidalaşıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı