Madrid “Real”ı Türkiyədən daha bir gənc futbolçuya elçi düşüb.
Apasport.az xəbər verir ki, ispanlar “Trabzonspor”un 17 yaşlı qapıçısı Onuralp Çevikkanı heyətinə qatmağa hazırlaşır.
İspaniya təmsilçisinin skaut qrupundan müsbət cavablar alan “kral klubu” yaxın günlərdə “Qaradəniz fırtınası” ilə danışıqlara başlayacaq. “Real” Almaniyadan “Bavariya”nın da diqqətini cəlb edən qolkiperi əlindən qaçırmamaq üçün mövsümün sonunadək futbolçunun transferini həll etməyə çalışır.
Qeyd edək ki, paytaxt klubu son olaraq “Fənərbaxça”dan Türkiyə millisinin də formasını geyinən 18 yaşlı yarımmüdafiəçi Arda Güləri alıb.
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”