Bir zamanların ulduz futbolçusu vətənə qayıdıb
25.12.2024 - 16:53
image

Braziliya millisinin sabiq futbolçusu Oskar karyerasını Braziliyada davam etdirəcək.

Apasport.az xəbər verir ki, son olaraq “Şanxay Şenxua” forması geyinən 33 yaşlı yarımmüdafiəçi “San Paulo” klubu ilə 3 illik razılaşma əldə edib.

Braziliyalı oyunçu yeni komandasına yanvarda azad agent olaraq qatılacaq.

Qeyd edək ki, Oskar 2017-ci ildə “Çelsi”dən “Şanxay Şenxua”ya 60 milyon avro qarşılığında transfer olunmuşdu.