Təəssüf ki, dünən oynamadım. Komandama kömək edə bilmədiyim üçün özümü pis hiss edirəm”. Bunu apasport.az saytına açıqlamasında “Keşlə”nin müdafiəçisi Adrian Skarlatake deyib.
Avropa Liqasının I təsnifat mərhələsində “Baltsan”ın qonağı olan “Keşlə” səfərdən 1:4 hesablı məğlubiyyətlə qayıdıb. Zədə ucbatından qarşılaşmanı buraxan Skarlatake vəziyyətinin ciddi olmadığını söyləyib. Rumıniyalı futbolçu cavab qarşılaşmasına qədər sırada olacağını düşünür: “Sonuncu yoxlama görüşündə bəxtsiz şəkildə zədə almışdım. Ancaq cavab matçında mütləq iştirak etmək istəyirəm. Ümid edirəm ki, Bakıdakı vacib oyunda komandamla birgə olacam”.
Böyükhesablı məğlubiyyətə baxmayaraq, 32 yaşlı oyunçu növbəti mərhələ ümidini itirmir: “Bu nəticə bizim üçün sürpriz oldu. Biz “Baltsan”dan güclü komandayıq. Ancaq nə baş verdiyini anlamırıq. Müdafiədə sadə səhvlərə yol verdik və nəticədə qollar buraxdıq. Bakıda, doğma azarkeşlərimiz önündə 3:0 hesablı qələbə qazanmağa çalışacağıq. Fikrimcə, hələ də növbəti mərhələyə adlamaq şansımız var. Əgər “Baltsan” öz meydanında 4 qol vurubsa, biz də Bakıda rəqib qapısından 3 cavabsız top keçirə bilərik”.
Qeyd edək ki, “Keşlə” – “Baltsan” matçı iyulun 19-da “Dalğa Arena”da keçiriləcək.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"