"Börnli" Kayl Uolkerlə müqavilə imzalayıb
05.07.2025 - 15:48

35 yaşlı sağ cinah müdafiəçisi Kayl Uolker "Mançester Siti"dən "Börnli"yə keçib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ötən mövsümün ikinci yarısını icarə əsasında İtaliyanın “Milan” klubunda keçirən ingilisin “Börnli” ilə 2 illik müqavilə imzaladığı bildirilib.
“Börnli” Premyer Liqada qalarsa, Uolkerin transferi bütün bonuslar daxil olmaqla kluba 5,8 milyon avroya başa gələcək. Uolker 2017-ci ildən "Mançester Siti"də çıxış edir. Bu müddət ərzində o, 319 oyun keçirib, 6 qol vurub və 23 məhsuldar ötürmə edib.
0
0