“Borussiya” Bellingem üçün 33 milyon avro ödəyəcək
10.06.2025 - 15:31
“Borussiya” Bellingem üçün 33 milyon avro ödəyəcək

“Sanderlend”in yarımmüdafiəçisi Cob Bellingem karyerasını Dortmund “Borussiya”sında davam etdirəcək.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Borussiya” “Sanderlend”ə 19 yaşlı futbolçu üçün sabit 33 milyon avro ödəyəcək.

İngiltərə klubu bundan başqa, daha 5 milyon avro bonus ala bilər. İngilislər Bellingemin növbəti transferinin 15 faizini də alacaq. Bu satışın “Sanderlend” üçün rekord olacağı vurğulanır.

“Real”da çıxış edən Çud Bellingemin qardaşı olan ingiltərəli futbolçu 2024/25 mövsümündə bütün turnirlərdə 43 matçda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə verib.