"Borussiya" Sanço ilə bağlı qərar verdi
19.03.2024 - 10:06
"Borussiya" Sanço ilə bağlı qərar verdi

"Borussiya Dortmund" "Mançester Yunayted"dən icarəyə götürülən ingilis vinger Ceydon Sançonun çıxışından razıdır.

Apasport.az xəbər verir ki, bu barədə "Sky Germany" məlumat yayıb.

Mənbənin məlumatına görə, Almaniya top-klubunun rəhbərliyi futbolçunu “qırmızı şeytanlar”dan almağa qərar verib. Tərəflər potensial transferin məbləği ilə bağlı danışıqlara başlayıb. Yarımmüdafiəçinin özü Dortmundda qalmağa hazırdır.

Xatırladaq ki, Dortmund təmsilçisi yanvar "transfer pəncərəsi"ndə Sançonu icarəyə götürmüşdü. O vaxtdan bəri 23 yaşlı yarımmüdafiəçi "Borussiya"nın heyətində 8 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

0