"Borussiya"nın kapitanı karyerasını ABŞ-da davam etdirəcək
08.05.2024 - 16:56
"Borussiya"nın kapitanı karyerasını ABŞ-da davam etdirəcək

Dortmund “Borussiya”sından ayrılacağını açıqlayan Marko Roys gələcək karyerası haqda qərarını verib.

Apasport.az xəbər verir ki, alman yarımmüdafiəçinin yeni ünvanı ABŞ olacaq. Roys MLS təmsilçiləri ilə danışıqlar aparır.

2013-cü ildən “Borussiya”da çıxış edən Roys mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

Qeyd edək ki, Marko Roys Dortmund klubu ilə 2 dəfə Almaniya kuboku, 2 dəfə isə Almaniya superkubokunu qazanıb. O komanda ilə ümumilikdə 424 rəsmi oyun keçirib, 168 qol vurub və 128 məhsuldar ötürmə verib. 

0