“Brayton”un futbolçusu “Atletiko”nun hədəfində
09.05.2026 - 15:52
"Brayton"un yarımmüdafiəçisi Mett O’Rayli karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Atletiko" danimarkalı futbolçu ilə yaxından maraqlanır.
Bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone O’Raylini komandasında görmək istəyir. "Atletiko" 25 yaşlı oyunçu üçün yayda İngiltərə klubu ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, "Brayton" Mett O’Raylini 2024-cü ilin yayında "Seltik"dən 30 milyon avroya transfer edib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0