Bruno Fernandeş Bundesliqa klubuna keçir?
12.10.2025 - 00:05
Bruno Fernandeş Bundesliqa klubuna keçir?

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş karyerasını Almaniyada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, Bundesliqa təmsilçisi portuqaliyalı futbolçunu transfer etmək istəyir.

Bu barədə “Bild” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Münhen klubu 31 yaşlı oyunçunu qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.

“Qırmızı şeytanlar” Fernandeş üçün 60 milyon avro tələb edir.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü cari mövsümdə “Yunayted”in heyətində keçirdiyi 8 oyunda 2 qolla yadda qalıb.