Bruno Fernandes Runini qabaqladı
16.12.2024 - 16:44

"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes "Mançester Siti" ilə derbidə penaltidən fərqlənib.
Apasport.az xəbər verir ki, portuqaliyalı penaltidən vurulan qollara görə klub rekorduna imza atıb.
Ümumilikdə yarımmüdafiəçinin İngiltərə Premyer Liqasında 11 metrlik cərimə zərbəsindən vurduğu 25 zərbədən 21-i qol olub. Bu göstəriciyə görə Bruno 28 penaltidən 20-ni qola çevirən əfsanəvi hücumçu Ueyn Runini qabaqlayıb.
Xatırladaq ki, “qırmızı şeytanlar” səfərdə “Mançester Siti”yə 2:1 hesabı ilə qalib gəlib. Bu uğurdan sonra Ruben Amorimin komandası 22 xal toplayıb.
- Rafa Silva “Əl-Əhli”nin transfer hədəfindədir
- “Çelsi” Jorjinyo Rutter transferi üçün hərəkətə keçib
- Ederson Premyer Liqaya keçə bilər – “Mançester Yunayted” əsas namizəddir
- Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusdan əl çəkmir – Braziliyalı ulduz getmək istəmir
- Almaniyalı qapısını tərk edib komanda yoldaşlarına kömək etdi - VİDEO
0
0