Bundesliqada ən çox maaş alan 10 futbolçu
23.07.2024 - 10:11
Bundesliqada ən çox maaş alan 10 futbolçu

Almaniya Bundesliqasında ən çox maaş alan futbolçuların siyahısı açıqlanıb.

Apasport.az "Transfermarkt" portalına istinadən xəbər verir ki, 10 futbolçunun yer aldığı cədvəldə yalnız "Bavariya" klubunun üzvlərinin adı dərc edlib.

Siyahıya 25 milyon avro maaş alan Harri Keyn başçılıq edir. Onu 21 milyon avro məvacib qazanan qapıçı Manuel Noyer təqib edir. İlk "üçlüy"ü isə 20,5 milyon avro qazanc əldə edən Tomas Müller tamamlayır.

Bundesliqada ən çox maaş alan futbolçuların siyahısı:

1. Harri Keyn — 25 milyon avro

2. Manuel Noyer — 21 milyon avro

3. Tomas Müller — 20,5 milyon avro

4. Leroy Sane — 20 milyon avro

5. Yozua Kimmix — 19,5 milyon avro

6. Serj Qnabri — 18,8 milyon avro

7. Leon Qoreçka — 18 milyon avro

8. Kinqsli Koman — 17 milyon avro

9. Matteys de Liqt — 16 milyon avro

10. Maykl Olise — 13,5 milyon avro

0