"Bayer Leverkuzen" və İsveçrə millisinin üzvü Qranit Caka İtaliya A Seriyasına keçməyə yaxındır.
Apasport.az xəbər verir ki, insayder Nikolo Şira futboçunun transfer detalları barədə məlumat yayıb.
32 yaşlı yarımmüdafiəçi "Milan"a keçməyə artıq prinsipial razılıq verib.
İsveçrəlinin "rossoneri" ilə 2028-ci ilin yayına qədər müqavilə imzalayacağı və sazişin daha bir mövsüm uzadılma variantı olacağı gözlənilir.
Hazırda klublar sövdələşmənin məbləği ilə bağlı fəal danışıqlar aparır.
"Milan" transferi iyunun sonuna qədər başa çatdırmaq niyyətindədir.
Qeyd edək ki, Caka ötən mövsüm Bundesliqada 33 matçda 2 qol vurub və 7 məhsuldar ötürmə edib.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI