"Çelsi"dən 44 milyon avroluq transfer - RƏSMİ
04.08.2025 - 10:33
FİFA Klublararası Dünya Çempionatının qalibi olan “Çelsi” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, “zadəganlar” “Ayaks”dan Yorel Hatonu transfer edib.
Bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 19 yaşlı sol cinah müdafiəçisi ilə 7 illik müqavilə imzalanıb. “Çelsi” bu keçid üçün qarşı tərəfə 44 milyon avro ödəyəcək.
Qeyd edək ki, Niderland millisinin üzvü olan Hato “Ayaks”ın yetirməsidir. O, ötən mövsüm Amsterdam klubunun heyətində çıxdığı 50 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0