"Çelsi"nin forvardı "Borussiya"ya doğru
10.05.2024 - 15:22
"Çelsi"nin forvardı "Borussiya"ya doğru

"Çelsi"nin hücumçusu Armando Broya İngiltərədən Almaniyaya keçə bilər.

Apasport.az xəbər verir ki, bu barədə "Tribal Football" məlumat yayıb.

Mənbənin məlumatına görə, forvardla Dortmund "Borussiya"sı maraqlanır.

Klub rəhbərliyi “təqaüdçülər”lə mümkün transferlə bağlı danışıqlara başlayıb.

İngiltərə Premyer Liqasının bu mövsümündə Armando icarə əsasında "Fulhem"də çıxış edir. Hücumçu 7 matçda iştirak edib, 1 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 28 milyon avro olaraq qiymətləndirir.
 

0