"Çelsi"nin kapitanı klubda qalmaq istəyir
03.04.2024 - 14:26
İngiltərə Premyer Liqa təmsilçisi "Çelsi"nin sağ cinah müdafiəçisi Ris Ceyms komandasında qalmaq niyyətindədir.
Apasport.az xəbər verir ki, daha əvvəl "Real Madrid"in "mavilər"in kapitanı ilə maraqlandığı, lakin oyunçunun ayrılmaq fikrində olmadığı bildirilirdi.
24 yaşlı ingilis futbolçu diz əməliyyatı keçirdiyi üçün mövsümün qalan hissəsində oynamaya bilər.
"Transfermarkt" portalı oyunçunun dəyərini 50 milyon avro olaraq qiymətləndirir.
Qeyd edək ki, Ris Premyer Liqanın bu mövsümündə cəmi 9 oyun keçirib, 1 məhsuldar ötürmə edib.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0