Son günlər "Çelsi"nin futbolçusu Rahim Sterlinqin heyətdən kənarda qalması gündəmdən düşmür.
Apasport.az xəbər verir ki, Rahim Sterlinq və Ben Çilvell "Çelsi"nin yeni mövsüm planlarından kənarda qalacaq.
Bu barədə komandanın baş məşqçisi Enzo Mareska açıqlama verib:
"Sterlinq və Ben əsas komandadan ayrı məşq edirlər. Mən onlara qarşı dürüst olmağa çalışıram. Rahimə demişəm ki, burada bizimlə qalıb, dəqiqə əldə etmək üçün mübarizə apara bilər. Bu, Çilvell üçün də keçərlidir. Mən demirəm ki, Rahim zəif futbolçudur, sadəcə mən fərqli oyun üslubuna malik vingerlərə üstünlük verirəm".
Qeyd edək ki, 29 yaşlı son cinah vingeri 2022-ci ildən bəri "zadəganların" şərəfini qoruyur.
- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi