“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes İspaniya millisi ilə iki qalibiyyətli turnirdən sonra yaşıl meydana qayıtmağa yaxındır.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu iyul ayında AÇ-2024-ün qalibi olub, turnir zamanı yalnız bir dəfə meydana çıxıb.
Lopes avqustda İspaniyaya Olimpiya “qızıl”ını qazanmağa kömək edib. O, burada əsas rol oynayıb, 6 görüşdə 6 qol vurub.
Fermin Lopes çərşənbə axşamı “Barselona” ilə məşqlərə qayıdacaq, şənbə günü isə La Liqanın ikinci turunda “Atletik”ə qarşı oynaya biləcək.
Lopes ötən mövsüm “Barselona”nın heyətində 42 oyun keçirib, 11 qol vurub və 1 məhsuldar ötürmə edib.
- “Çelsi”yə ağır cəza: transfer qadağası və 10 milyonluq cərimə
- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır