Çempionlar Liqası matçı ləğv olundu
01.10.2024 - 19:54
Çempionlar Liqası matçı ləğv olundu

Asiya Çempionlar Liqasının II turunun bir matçı ləğv edilib.

Apasport.az xəbər verir ki,  "Traktor" (İran) - “Mohun Baqan” (Hindistan) görüşü baş tutmayacaq.

Buna səbəb qonaq komandanın Təbrizə gəlməkdən imtina etməsidir. Hindistan təmsilçisinə Asiya Futbol Konfederasiyası tərəfindən 0:3 hesablı texniki məğlubiyyət verilməsi gözlənilir.

Qeyd edək ki, matç sabah baş tutmalı idi.

0