Çempionlar Liqasında erkən final: "Mançester Siti" "Real Madrid"ə qarşı
10.02.2025 - 16:55
Çempionlar Liqasında erkən final: "Mançester Siti" "Real Madrid"ə qarşı

Yeni formatı ilə bu mövsüm ilk dəfə keçirilən Çempionlar Liqasında ötən ilin çempionu "Real Madrid" və əvvəlki mövsümün çempionu "Mançester Siti" birbaşa olaraq son 16 tura vəsiqə qazana bilməyib.

Apasport.az xəbər verir ki, Çempionlar Liqasında liqa mərhələsi başa çatdıqdan sonra hər iki komanda ilk 8-likdən kənarda qalıb.

ÇL-də erkən final

Nyon şəhərində keçirilən püşkatmada "Real Madrid" pley-offda  "Mançester Siti"yə rəqib olub. 

"Mançester Siti" - "Real Madrid" matç statistikası

Bu komandalar son illər Çempionlar Liqasının müxtəlif turlarında üz-üzə gəliblər.

"Mançester Siti" və "Real Madrid" Çempionlar Liqasında indiyədək 12 dəfə üz-üzə gəlib. Bu qarşılaşmalarda "Siti" 4, "Real " 3 qələbə qazanıb, 5 matç isə heç-heçə ilə yekunlaşıb.

İngiltərə təmsilçisi bu görüşlərdə 21 dəfə rəqib qapısına yol tapıb, İspaniya təmsilçisi isə 18 qol vurub.

"Real" və "Siti"nin Çempionlar Liqasındakı tarixi duelləri

Bu komandalar sonuncu dəfə ötən mövsüm ÇL-in 1/4 finalında qarşılaşıblar və məhsuldar keçən görüşlərdə növbəti tura yüksələn komanda penaltilər seriyasında müəyyənləşib. "Real Madrid" rəqibini penaltilərdə 4:3 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlmişdi. Finalda "Borussiya" ilə qarşılaşan komanda kuboku başı üzərinə qaldırmışdı. 

Çempionlar Liqasının 2022/23 mövsümündə "şəhərlilər" yarımfinalda Madrid nəhəngini turnirdən kənarlaşdırmış və çempion olmuşdular. 

Turnirin 2021/22 mövsümündə də rəqib olan iki komandanın yarımfinal revanşı unudulmaz keçib. İlk oyunda “Mançester Siti” 4:3 hesablı qələbə qazandıqdan sonra “Real Madrid” İspaniyada rəqibini qəbul edib. Pep Qvardiolanın yetirmələri cavab görüşündə önə keçərək, matçın əlavə vaxtında məğlub olub. 

90-cı dəqiqədə Rodriqonun vurduğu qollarla və 90+1-ci dəqiqədə matçı uzatmalara aparan Real Madrid, 90+5-ci dəqiqədə Benzemanın qolu ilə finala yüksəlib. İspan nəhəngi daha sonra finalda "Liverpul"u məğlub edərək çempion olub.

"Siti"də son durum

Rodri çarpaz bağlarından aldığı zədə səbəbindən uzun müddətdir ki, "Mançester Siti"də sıradan çıxıb. Çempionlar Liqasında da yenilənmiş heyətə daxil olan ispaniyalı futbolçunun dönüş tarixi bəlli deyil.

Qış transfer pəncərəsində komandaya qoşulan Niko Qonzales isə İngiltərə kubokunda "Leyton Orient"lə matçda zədələnib.

"Real Madrid"də son vəziyyət

Çempionlar Liqasındakı böyük matçdan öncə "Real Madrid"in müdafiə xəttində ciddi problemlər var. Çapraz bağ zədəsi səbəbindən mövsümü erkən başa vuran Dani Karvaxal və Eder Militaodan başqa, Antonio Rüdiger, David Alaba və Lukas Vaskes "Real Madrid"in zədəliləri sırasındadır.

0