İspaniya millisi və “Barselona”nın sabiq üzvü Cerard Pike, “Real Madrid”in keçmiş qolkiperi İker Kasilyasın programına qonaq olub.
Apasport.az xəbər verir ki, veteran futbolçu qolsuz bərabərliklə bitən matçların bir məna kəsb etmədiyini bildirib:
“İnsanlar dəstəklədikləri klubun matçını izləmək üçün 300 avro xərcləyirlər. Lakin görüş 0:0 yekunlaşır. Bu haqsızlıqdır. Fikrimcə, bu cür oyunlarda komandalar xal qazanmamalıdır. Əgər dediyim qayda tətbiq olunarsa, matçlarda 70-ci dəqiqədən sonra daha çox epizod olar”.
Qeyd edək ki, Pike futbolçu karyerası ərzində “Real Zaraqoza”, “Mançester Yunayted” və “Barselona” kimi komandaların şərəfini qoruyub.
- Faciəvi ölümlə bağlı: Çempionlar Liqasında bir dəqiqəlik sükut
- Dirk Kuyt “Liverpul”la matçdan əvvəl iddialı danışdı: “Özümüzü göstərəcəyik”
- Türkiyə millisinin sabiq üzvü karyerasını BAŞA VURUB
- “Liverpul”un “Fənərbaxça” ilə oyun üçün heyəti açıqlandı – 7 itki
- “Vest Hem” baş məşqçisini istefaya göndərdi – RƏSMİ