Çin millisinə yeni baş məşqçi təyin olunub
24.02.2024 - 12:57
Çin millisinə yeni baş məşqçi təyin olunub

Çin millisinə yeni baş məşqçi təyin olunub.

Apasport.az xəbər verir ki, millinin yeni çalışdırıcısı xorvatiyalı mütəxəssis Branko İvankoviç olub.

69 yaşlı mentor serbiyalı Aleksandr Yankoviçi əvəz edib.

Çin komandası sonuncu Asiya Kubokunda uğursuz çıxış edərək qrupdan pley-off mərhələsinə yüksələ bilməyib. Yankoviçin Çin Futbol Federasiyası ilə müqaviləsinə avtomatik xitam verilib.

Qeyd edək ki, 2010-cu ildə İvankoviç "Şandunq Lunenq"lə Çin çempionatının qalibi olub. Onun rəhbərliyi altında İran millisi 2006-cı il dünya çempionatında çıxış edib. Xorvatiyalının son iş yeri Oman millisi olub.

 

0