ÇL-də həftənin oyunçusu adına namizədlər bəlli olub
19.09.2025 - 13:56
ÇL-də həftənin oyunçusu adına namizədlər bəlli olub

Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər bəlli olub.

Apasport.az xəbər verir ki, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

Namizədlər Markus Reşford (“Barselona”), Duşan Vlahoviç (“Yuventus”), Markyus Türam (“İnter”) və Fransişku Trinkandır (“Sportinq”).

Qeyd edək ki, azarkeşlər həftənin ən yaxşı futbolçusunu seçmək üçün UEFA-nın rəsmi saytında səsvermədə iştirak edə bilərlər.