"Mançester Siti"nin hücumçusu Erlinq Haland Çempionlar Liqası tarixində üç fərqli komandada ardıcıl beş oyunda qol vuran ilk oyunçu olub.
Apasport.az xəbər verir ki, Haland Çempionlar Liqasının 4-cü turunda komandasının "Borussiya" (Dortmund) üzərində 4-1 hesablı qələbə qazandığı oyunda qol vuraraq qol seriyasını beş oyuna çatdırıb.
O, əvvəllər "Borussiya" (2020/21) və "RB Salzburq"da (2019/2020) ilə oxşar uğurlara imza atıb.
Haland 2022-ci ildən "Mançester Siti"də çıxış edir. Onun klubla müqaviləsi 2034-cü ilə qədərdir. Futbolçu bu mövsüm 18 oyun keçirib, 21 qol vurub və iki məhsuldar ötürmə edib.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir