“Qarabağ”ın baş məşqçisi: “Gözəl bəy demişdi ki, baş verənlərin kluba aidiyyəti yoxdur”
29.04.2022 - 20:01
“Qarabağ”ın baş məşqçisi: “Gözəl bəy demişdi ki, baş verənlərin kluba aidiyyəti yoxdur”

“Azərsun Sənaye Parkı”ndakı yanğın hadisəsi xoş olmayan hadisədir”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çalışdırıcı Sumqayıtdakı anbarlarda baş verən yanğının şirkətə böyük təsir göstərdiyini bildirib.

Ancaq o, bu üzdən klubun büdcəsinin azaldılacağına inanmadığını vurğulayıb: “İnanmıram ki, Abdulbari Gözəl belə bir addım atar. Daha əvvəl klubun büdcəsini azaltmaq təklifi olmuşdu, amma Gözəl bəy demişdi ki, baş verənlərin kluba aidiyyəti yoxdur. İnanıram ki, yenə olmayacaq. Amma zərər az deyil”.