“Karyeramı harada bitirəcəyim barədə hələ fikirləşməmişəm. Bunu yalnız Allah bilir”.
Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Abdullah Zubir deyib.
Ağdam klubu ilə müqavilə müddəti 2024-cü ilin yayına qədər olan fransalı yarımmüdafiəçi karyerasını Azərbaycanda başa vurmağın əleyhinə olmadığını söyləyib: “Düzdür, sözləşməmin sonuna hələ iki qalır. Amma futbolla “Qarabağ”da vidalaşmaq mənim üçün xoş olar. Çünki “Qarabağ”da özümü çox xoşbəxt hiss edirəm, hər şey ürəyimcədir. Əgər karyeramı burada bitirmək qismət olsa, buna ancaq sevinərəm”.
Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən “Qarabağ”ın formasını geyinir.