Aftandil Hacıyev: "1 xal qazana bilərdik"
08.05.2022 - 20:07
Aftandil Hacıyev: "1 xal qazana bilərdik"

"Bizim üçün rotasiya etmək çətindir. Futbolçular əllərindən gələni etdilər, amma alınmadı. Çalışacağıq ki, çempionatı layiqli şəkildə başa vuraq".

Apasport.az saytının məlumatına görə, məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev evdə "Sabah"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXVI tur matçından sonra deyib.

41 yaşlı mütəxəssis oyuna yaxşı başlamadıqlarını bildirib: "Qapımızda penalti gördük və qonaqlara psixoloji üstünlük verdik. Bilirdik ki, rəqib əks-hücumlarda çox təhlükəlidir. Diqqətli oynamalıydıq. Amma ilk hissədə 2 top buraxdıqdan sonra ikinci yarıda daha çox hücuma atılıb, risk almağa başladıq. Son dəqiqələrdə Nikolas Raysel qol epizodunu dəyərləndirə bilsəydi, bəlkə də 1 xal qazana bilərdik. Rəqibin hücum xəttində sürətli və fərdi ustalığı yüksək olan oyunçular var. Bu amil həlledici oldu. Ona görə də penaltini boşa vermələrinə baxmayaraq, nizam-intizamı itirmədilər".

Hacıyev zədədən əziyyət çəkən qapıçı Rəşad Əzizlinin durumuna da toxunub: "Müalicəsi davam edir. 2 gün sonra fərdi məşqlərə başlayacaq".