Ağır şərt: Ya 1/4 final, ya istefa
10.02.2022 - 12:26
Ağır şərt: Ya 1/4 final, ya istefa

Mövsümün sonunda baş məşqçisi Mauritsio Poçettino ilə vidalaşmağı planlaşdıran PSJ argentinalını daha tez istefaya göndərə bilər.

Apasport.az saytının məlumatına görə, mütəxəssisin taleyi Çempionlar Liqasının nəticələrindən asılıdır.

Poçettino artıq 1/8 finaldan sonra postundan göndərilə bilər. Fransa klubu bu mərhələdə “Real”ı keçməyə iddialıdır. Əgər komanda 1/4 finala çıxmasa, baş məşqçi ilə yollar ayrılacaq.

Qeyd edək ki, Poçettino “Mançester Yunayted”in hədəfindədir.