“Oyunda olanları hamı gördü. Rəqibin yüksək səviyyəli furbolçuları var".
Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının “Qarabağ”a qarşı keçirilən XVI turundan təxirə salınmış oyundakı böyükhesablı məğlubiyyət (0:5) haqda danışarkən deyib.
Belaruslu mütəxəssis matçın ardından fikrini bu sözlərlə davam etdirib: “Bu gün meydanda çox səhvlərimiz oldu. Nəticədə həm səhvlərimiz, həm də rəqibin yüksək səviyyəli heyətə malik olması bu hesaba gətirib çıxardı. Belə komandalara qarşı oyunlarda ələ düşən şanslardan maksimum yararlanmaq lazımdır. Qol vəziyyətlərini dəyərləndirməmək ustaqlıqla bağlıdır".