Aleksey Baqa: "Ötənilki çempiona qarşı 10 nəfərlə nəsə etmək çətin idi"
04.05.2022 - 22:15
Aleksey Baqa: "Ötənilki çempiona qarşı 10 nəfərlə nəsə etmək çətin idi"

“Oyunun yalnız 19-20-ci dəqiqəsinə qədər şərh edə bilərəm. Qol buraxsaq da, həmin ana qədər inamlı oynadıq".

Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının XXV turunda “Neftçi”yə 0:2 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.

Belaruslu mütəxəssis matçın ardından fikrini bu sözlərlə davam etdirib: “İlk 20 dəqiqədən sonra oyunda bir neçə dəyişikliklər etdik. Amma ötənilki çempiona qarşı 10 nəfərlə nəsə etmək çətin idi".

- Azarkeşləriniz hakimlikdən şikayətləndilər, matçın nəticəsini müəyyən etdiyini bildirirdilər. Siz bu barədə nə düşünürsüz?
- Buna heç fikir verməmişdim. Öz futbolçumu müdafiə etməliyəm. Azarkeşləri də başa düşmək olar. Komanda uduzanda hakimi, məni və ya başqalarını günahlandıra bilərlər. Amma bugünkü hakimliklə bağlı irad yoxdur. Matçı peşəkar səviyyədə idarə etdi. Qırmızı vərəqə olan epizoda baxmadım.

- Qırmızı vərəqəyə görə Araz Abdullayevi meydandan çıxardınız. Niyə seçiminiz məhz o oldu?
- Oyundan əvvəl Arazın əzələsində problemlər var idi, bəzi məşqləri buraxmışdı. Qırmızı vərəqədən sonra düşündük ki, oyunun böyük hissəsini topsuz oynayacağıq. Bu yükləmə zamanı Arazı itirə bilərdik. Qərara gəldik ki, iki dayaq yarımmüdafiəçisi ilə çıxış edək, Arazı əvəzləyək. Nəzərə almaq lazımdır ki, qarşıda hələ oyunlarımız var. Bu mərhələdə Arazı itirmək istəməzdik.