Ayxan Abbasov: “Turan Tovuz”la danışığım olub”
16.05.2022 - 12:01
Ayxan Abbasov: “Turan Tovuz”la danışığım olub”

Gələn mövsümdən Premyer Liqada mübarizə apracaq “Turan Tovuz” baş məşqçi axtarışlarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, Tovuz təmsilçisini çalışdırmağa namizədlərdən biri də “Sumqayıt”ın sabiq baş məşqçisi Ayxan Abbasovdur.

41 yaşlı mütəxəssis əməkdaşımızla söhbətində bölgə təmsilçisi ilə danışıq apardığını təsdiqləyib. Ancaq hər şey klubun büdcəsi müəyyənləşdikdən sonra dəqiqləşəcək: “Bəli, “Turan Tovuz”la danışığım olub. Klubun büdcəsi bilinəndən sonra hər şeyə aydınlıq gəlməlidir. Yəqin ki, yaxın günlərdə bu məsələ dəqiqləşəcək”.

Qeyd edək ki, “Turan Tovuz”un baş məşqçi postuna digər namizədlər Yunis Hüseynov, Əsgər Abdullayev və Ramin Quliyevdir.