Azərbaycan Kuboku: 1/8 finalın təqvimi açıqlandı
03.12.2021 - 16:49
Azərbaycan Kuboku: 1/8 finalın təqvimi açıqlandı

Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib. 

Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, dörd qarşılaşmadan ibarət mərhələnin görüşləri iki günü əhatə edəcək.

Bu mərhələdə Premyer Liqanın dörd klubu I divizion təmsilçilərini sınağa çəkəcək. 1/8 finalın bütün matçları “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan kuboku
1/8 final
10 dekabr (cümə)
14:00. “Zaqatala” – “Səbail”

Zaqatala Olimpiya İdman Kompleksinin stadionu

17:00. MOİK – “Qəbələ”
“Dalğa Arena”

11 dekabr (şənbə)
15:00. “Keşlə” – “Qaradağ Lökbatan”
“ASK Arena”

“Sabah” – “Kəpəz”
18:00. “Bank Respublika Arena”