“Real”ın hücumçusu Qaret Beyl karyerası ilə bağlı qərar verməyə tələsmir.
Apasport.az saytının məlumatına görə, 32 yaşlı forvardın durumu Uels millisinin çıxışından asılı olacaq.
Əgər komanda DÇ-2022-yə vəsiqə qazansa, Beyl mundiala yollanmaq üçün İngiltərə Premyer Liqası klublarından biri ilə qısamüddətli saziş bağlayacaq. Bununla o, dünya çempionatı öncəsi oyun praktikası qazanmağı düşünür. Ulduz futbolçu hətta Çempionşip klublarından birinin formasını geyinməyin də əleyhinə deyil. Millisi mundiala yollana bilməsə, Beylin karyerasını bitirməsi gözlənilir.
Qeyd edək ki, Uels yığması DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Avstriya ilə qarşılaşacaq. Beylin “Real”la müqavilə müddəti mövsümün sonuna qədərdir.