Çempionlar Liqası: XXI əsrdə finalda ən çox oynayanlar
15.05.2022 - 15:41
Çempionlar Liqası: XXI əsrdə finalda ən çox oynayanlar

XXI əsrdə Çempionlar Liqasında (ÇL) ən çox final oyunu keçirən 10 komandanın adı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıya “Real” başçılıq edir.

“Kral klubu” cari mövsüm həlledici görüşə qədər irəliləməklə, XXI əsrdə bunu ən çox bacaran komandaya çevrilib. 2001-ci ildən bəri çıxdığı 5 final oyununun hamısında qalib gələn madridlilər mayın 28-də 6-cı dəfə bu həyəcanı yaşayacaq.

Ümumiyyətlə, XXI əsrdə yalnız “Real” və “Barselona” çıxdığı bütün final oyunlarında qələbə qazanmağa müvəffəq olub.

1. “Real”: 6 final, 5 çempionluq
2001/02: “Real” – “Bayer” – 2:1
2013/14: “Real” – “Atletiko” – 4:1
2015/16: “Real” – “Atletiko” – 1:1 (penaltilərlə 5:3)
2016/17: “Real” – “Yuventus” – 4:1
2017/18: “Real” – “Liverpul” – 3:1
2021/22: “Real” – “Liverpul”

2. “Bavariya”: 5 final, 3 çempionluq
2000/2001: “Bavariya” – “Valensiya” – 1:1 (penaltilərlə 5:4)
2009/10: “Bavariya” – “İnter” – 0:2
2011/12: “Bavariya” – “Çelsi” – 1:1 (penaltilərlə 3:4)
2012/13: “Bavariya” – “Borussiya”, Dortmund – 2:1
2019/20: “Bavariya” – PSJ – 1:0

3. “Liverpul”: 5 final, 2 çempionluq
2004/05: “Liverpul” – “Milan” – 3:3 (penaltilərlə 3:2)
2006/07: “Liverpul” – “Milan” – 1:2
2017/18: “Liverpul” – “Real” – 1:3
2018/19: “Liverpul” – “Tottenhem” – 2:0
2021/22: “Liverpul” – “Real”

4. “Barselona”: 4 final, 4 çempionluq
2005/06: “Barselona” – “Arsenal” – 2:1
2008/09: “Barselona” – “Mançester Yunayted” – 2:0
2010/11: “Barselona” – “Mançester Yunayted” – 3:1
2014/15: “Barselona” – “Yuventus” – 3:1

5. “Milan”: 3 final, 2 çempionluq
2002/03: “Milan” – “Yuventus” – 0:0 (penaltilərlə 3:2)
2004/05: “Milan” – “Liverpul” – 3:3 (penaltilərlə 2:3)
2006/07: “Milan” – “Liverpul” – 2:1

6. “Çelsi”: 3 final, 2 çempionluq
2007/08: “Çelsi” – “Mançester Yunayted” – 1:1 (penaltilərlə 5:6)
2011/12: “Çelsi” – “Bavariya” – 1:1 (penaltilərlə 4:3)
2020/21: “Çelsi” – “Mançester Siti” – 1:0

7. “Mançester Yunayted”: 3 final, 1 çempionluq
2007/08: “Mançester Yunayted” – “Çelsi” – 1:1 (penaltilərlə 6:5)
2008/09: “Mançester Yunayted” – “Barselona” – 0:2
2010/11: “Mançester Yunayted” – “Barselona” – 1:3

8. “Yuventus”: 3 final
2002/03: “Yuventus” – “Milan” – 0:0 (penaltilərlə 2:3)
2014/15: “Yuventus” – “Barselona” – 1:3
2016/17: “Yuventus” – “Real” – 1:4

9. “Atletiko”: 2 final
2013/14: “Atletiko” – “Real” – 1:4
2015/16: “Atletiko” – “Real” – 1:1 (penaltilərlə 3:5)

10. “Valensiya”: 1 final
2000/01: “Valensiya” – “Bavariya” – 1:1 (penaltilərlə 4:5)