Dünyanın ən zəngin futbolçusu komandasını dəyişdi
25.12.2021 - 12:04
Dünyanın ən zəngin futbolçusu Faiq Bolkiax komandasını dəyişib.
Apasport.az saytının məlumatına görə, Bruney millisinin yarımmüdafiəçisi Tailandda çıxış edəcək.
Portuqaliya klubu “Maritimo”nun müqaviləsinə xitam verdiyi 23 yaşlı oyunçu “Çonburi” ilə anlaşıb. “Sauthempton”, “Lester”, “Çelsi” kimi klublarda ümidləri doğrultmayan Bolkiaxı yeni komandası da “dünyanın ən zəngin futbolçusu” kimi təqdim edib.
Qeyd edək ki, Faiq Bolkiax Bruney sultanı Hassanal Bolkiaxın qardaşı oğludur. Sultan ailəsinin sərvəti 19 milyard dollara bərabərdir.
0
0