Messi-Ronaldo tandemi yarana bilər
11.01.2022 - 15:23
Messi-Ronaldo tandemi yarana bilər

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo PSJ-yə keçə bilər.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı superulduz “Real”a keçidi gözlənilən Kilian Mbappeni əvəz etməyə namizəddir.

37 yaşlı forvard “mankunianlar”dan ayrılmaq istəyini ifadə etsə, hücumçu axtarışında olan parislilər hərəkətə keçəcək. Ronaldo İngiltərə klubunun hazırkı durumundan və rəhbərliyindən narazı olduğundan, mövsümün sonunda komandasını dəyişməyi düşünür. Belə olarsa, növbəti mövsüm azarkeşlər PSJ-də Messi-Ronaldo tandeminə şahidlik edə bilər.

Qeyd edək ki, Kriştiano Ronaldo cari mövsüm Premyer Liqada 16 oyun keçirib, 8 qol vurub, 3 assist edib.