ONlar üçün
08.12.2021 - 13:53
ONlar üçün

Konfrans Liqasının qrup mərhələsinin VI turunun “Bazel”lə görüşü Azərbaycan futbolu üçün ikiqat yubileylə əlamətdar ola bilər.

Apasport.az saytının məlumatına görə, bunun üçün “Qarabağ” İsveçrədə mütləq qalib gəlməlidir.

Qələbə iki mənada 10-cu olacaq. Bu, Azərbaycan klublarının həm cari mövsümə, həm də ümumiyyətlə qrupda 10-cu uğuru kimi yadda qalacaq.

Mövsümün əvvəlki 24 matçında klublarımız 9 qələbəyə sevinib, 7 heç-heçə edib və 7 məğlubiyyətlə üzləşib. Top fərqi 28-32-dir.

Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında ümumilikdə 66-cı qrup matçına çıxacaq təmsilçilərimiz 9 qələbə əldə edib və 17 dəfə sülhə imza atıb. 39 yeniıgisi olan klublarımız məğlubiyyət sayında da yubileyin astanasındadır. Qrupdakı top fərqi 51-112-dir.