Pape Qeye: “Qarabağ” haqda çox məlumatımız var"
16.02.2022 - 17:10
Pape Qeye: “Qarabağ” haqda çox məlumatımız var"

“Oyuna sakit yanaşırıq. Bütün həftəboyu əsas heyətlə yaxşı yaxşı hazırlıq keçmişik”.

Apasport.az saytının məlumatına görə, bunu “Marsel”in futbolçusu Pape Qeye deyib.

Seneqallı orta sahə oyunçusu Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək ilk oyunöncəsi mətbuat konfransına qatılıb.

24 yaşlı dayaq yarımmüdafiəçisi matça hazır olduqlarını söyləyib: “Qarabağ” haqda çox məlumatımız var. Onların çoxlu əcnəbi oyunçuları var. Asan matç olmayacaq. Bu turniri təsəlli kimi qəbul etmirik. Məqsədimiz kuboku qazanmaqdır. Çünki buna imkanlarımız var".

Qeyd edək ki, sabah “Velodrom” stadionunda keçiriləcək “Marsel” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.