Premyer Liqa: ilin son matçlarının təqvimi açıqlandı
08.12.2021 - 14:57
Premyer Liqa: ilin son matçlarının təqvimi açıqlandı

Premyer Liqada XIV turun oyun cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 2021-ci ilin son turunun görüşləri iki günü əhatə edəcək.

İlə “Qarabağ” – “Zirə” qarşılaşması ilə yekun vurulacaq. Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası
XIV tur
15 dekabr (çərşənbə)
16:00. “Qəbələ” – “Neftçi”

Qəbələ şəhər stadionu
19:00. “Sumqayıt” – “Keşlə”
“Kapital Bank Arena”

16 dekabr (cümə axşamı)
16:30. “Səbail” – “Sabah”

“ASCO Arena”
19:00. “Qarabağ” – “Zirə”
“Azersun Arena”