“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın yarımmüdafiəçisi Kevin De Bruyne haqda fikirlərini bölüşüb.
Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis aparıcı oyunçusunun ünvanına tərif yağdırıb.
Onun fikrincə, Belçika millisinin üzvü pleymeyker mövqeyində dünyanın ən yaxşısıdır: “O, komanda üçün çox vacib futbolçudur. Kevin öz mövqeyində dünyanın ən yaxşısıdır. Daim qaçaraq boş zonalar tapmağı bacarır. Bu, heyrətamizdir. De Bruyne, həqiqətən də, çox yaxşıdır”.
Qeyd edək ki, Kevin De Bruyne bu mövsüm Premyer Liqada 26 oyuna çıxıb, 11 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.