Tanju Çolak Naxçıvanda: “Azərbaycanda futbolun formalaşmasına fayda vermək...”
19.02.2022 - 14:36
Tanju Çolak Naxçıvanda: “Azərbaycanda futbolun formalaşmasına fayda vermək...”

Türkiyə futbolunun canlı əfsanəsi Tanju Çolak Naxçıvana gəlib.

Apasport.az saytının məlumatına görə, “Qalatasaray” və “Fənərbaxça”nın sabiq hücumçusunun səfəri Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasovun dəvəti ilə reallaşıb.

Tərəflər bu gündən etibarən fevralın 22-dək rəsmi görüşlər keçirəcəklər. Danışıq futbolun inkişafının 10 illik proqramı çərçivəsində aparılacaq. Bununla bağlı Türkiyə mətbuatına açıqlama verən Çolak Naxçıvana ziyarətin onu çox sevindirdiyini söyləyib: “Hər zaman futbolun içində olmaq, bu idman növünün inkişafına töhfə vermək əsas məqsədimdir. Qardaş ölkə Azərbaycanda futbolun formalaşmasına fayda vermək məni xüsusi xoşbəxt edir”.

Naxçıvan küçələrində Tanju Çolakın gəlişi şərəfinə plakatlar asılıb.