“Çelsi”nin sabiq kapitanı Con Terri London klubunun gənc hücumçusu Estevao barədə fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, veteran oyunçu gənc braziliyalı forvardın potensialını yüksək qiymətləndirib və onun böyük matçların təzyiqinə dözümlü olduğunu bildirib:
"Bu yaşda etdikləri heyrətləndiricidir. O, əsl istedaddır. Baş məşqçinin ona xüsusi qayğı ilə yanaşması xoşuma gəlir. Gənc oyunçu olarkən komandaya mərhələli şəkildə adaptasiya olunursan. Bir “Çelsi” azarkeşi kimi onu meydanda daha çox görmək istərdim”.
Qeyd edək ki, Estevao Çempionlar Liqasında qol vuran ən gənc “Çelsi” futbolçusu ünvanına sahibdir.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”