Dadaşov Polşa klubu ilə məşqlərə başlayıb
06.01.2026 - 16:58
Dadaşov Polşa klubu ilə məşqlərə başlayıb

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov “Motor”la məşqlərə başlayıb.

Apasport.az xəbər verir ki, forvard Lublin təmsilçisinin qış toplanışına qoşulub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Motor” yanvarın 10-dan Belekdə (Türkiyə) hazırlığa başlayacaq. Renatın bu toplanışda olub-olmayacağı dəqiqləşməyib.

Daha əvvəl Polşa klubunun Renatı satışa çıxardığı bildirilmişdi.