Dani Alvesin kamera həyatı bəlli oldu
26.01.2023 - 22:36
Braziliyalı futbolçu Dani Alvesin həbsxanada necə yaşadığı məlum olub.
Apasport.az xəbər verir ki, “Barselona”nın keçmiş futbolçusu zorlama ittihamı ilə girov azadlığı hüququ olmadan həbs edilib.
Alvesin həbsxanada heç bir imtiyazı yoxdur, adi məhbus kimi 6 kvadratmetrlik kamerada qalır. O, qrafikə əməl edir. Saat 8:00-da həbsxanada hamı kimi yuxudan oyadılır, 22:00-da isə işıqlar söndürülür.
Alvesin həbsdə olduğu həbsxananın rəhbərliyi Daninin adaptasiyasını asanlaşdırmaq üçün onunla birlikdə kamerada zorlamada ittiham olunan başqa bir məhbusun da olması qərarına gəlib.
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı
- Kasper Şmeyxel zarafat etdi: “İndi tam ştatlı Uber sürücüsüyəm”
- “Liverpul” Şadeni yanvarda transfer etmək istəyir
0
0