Qana millisinin futbolçusu Tomas Parti 2026-cı il dünya çempionatında Kanadada keçiriləcək oyunda iştirak edə bilməyəcək.
Apasport.az xəbər verir ki, bu barədə FİFA açıqlama yayıb. Bildirilib ki, yarımmüdafiəçi Qana millisinin ABŞ-ın Boston şəhərindəki bazasından Kanadaya gedə bilməyəcək.
Buna səbəb futbolçunun viza müraciətinin Kanada hökuməti tərəfindən rədd edilməsidir. Bu üzdən Parti Qananın iyunun 17-də Panama ilə keçirəcəyi ilk matçda komandasına kömək edə bilməyəcək.
FİFA açıqlamasında ev sahibi ölkələrin miqrasiya proseslərinə müdaxilə etmədiyini bildirib:
“FİFA təsdiq edir ki, Tomas Parti Qana millisinin ABŞ-ın Boston şəhərindəki bazasından Kanadaya səfər edə bilməyəcək. Onun viza müraciəti Kanada hökuməti tərəfindən rədd edilib. FİFA ev sahibi ölkələrin miqrasiya proseslərinə, o cümlədən viza qərarlarına qarışmır. Əvvəlki FİFA turnirlərində olduğu kimi, vizanın verilməsi və ölkəyə giriş icazəsi ilə bağlı yekun qərarı ev sahibi hökumət qəbul edir”.
Qeyd edək ki, Qana millisi DÇ-2026-da ilk oyununu iyunun 17-də Panama yığmasına qarşı keçirəcək.