Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez DÇ-2026-dan sonra postunu tərk edəcək.
Apasport.az xəbər verir ki, bu barədə jurnalist Ben Yakobs məlumat yayıb.
Onun iddiasına görə, ispaniyalı mütəxəssis turnirdəki nəticədən asılı olmayaraq, mundial başa çatdıqdan sonra istefa verəcək.
Martinezin Portuqaliya Futbol Federasiyası ilə müqaviləsinin müddəti iyulda başa çatır. 52 yaşlı mütəxəssisin yeni sözləşmə imzalamayacağı bildirilir.
Onun növbəti iş yerinin klub futbolu ola biləcəyi, xüsusən də Premyer Liqaya qayıtmağa isti yanaşdığı qeyd olunur.
Roberto Martinez 2023-cü ildən Portuqaliya millisini çalışdırır. O, komandanı DÇ-2026-ya çıxarıb və 2025-ci ildə Millətlər Liqasının qalibi olub.
Qeyd edək ki, Portuqaliya DÇ-2026-da K qrupunda Konqo DR, Özbəkistan və Kolumbiya ilə mübarizə aparır.
Komanda ilk matçını iyunun 17-də Konqo DR-ə qarşı keçirəcək.
- "Beşiktaş" Polşa klubuna uduzdu - Hazırlıq mərhələsində ilk məğlubiyyət
- Portuqaliyada yeni baş məşqçi - Jorje Jezuş milliyə təyin olundu
- Mane milli karyerasını bitirdi - Seneqal əfsanəsindən vida qərarı
- “Tottenhem” PSJ-nin hücumçusunu istəyir - “Yuventus” da mübarizədədir
- “Real” Mourinyonun istədiyi futbolçu ilə maraqlanır - 1 illik müqavilə variantı