De Bruyne İtaliyaya yollandı: "Napoli" üçün
12.06.2025 - 13:15

Kevin De Bruyne karyerasını "Napoli"də davam etdirəcək.
Apasport.az xəbər verir ki, belçikalı futbolçu İtaliyaya yollanıb.
O, Romada tibbi müayinədən keçəcək.
Tərəflər arasında müqavilə tam razılaşdırılıb. Sözləşmə 2 illik nəzərdə tutulub. Onun maaşı 5 milyon avro olacaq.
Qeyd edək ki, 33 yaşlı De Bruyne ötən mövsüm "Mançester Siti"nin heyətində 40 oyunda 6 qol vurub və 8 məhsuldar ötürmə edib.
0
0