De Bruyne "Mançester Siti"dən ayrıla bilər
30.04.2024 - 16:34
De Bruyne "Mançester Siti"dən ayrıla bilər

"Mançester Siti"nin futbolçusu Kevin de Bruyne komandadan ayrıla bilər.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubları De Bruyneni heyətlərinə qatmaq istəyir.

Qeyd olunur ki, sözügedən ölkə təmsilçiləri belçikalıya görə "Mançester Siti"yə 100 milyon avro ödəməyə hazırdır.

32 yaşlı futbolçunun "şəhərlilər"lə müqaviləsi 2025-ci ilə qədərdir.

0