De Xea La Liqa klubuna keçə bilər
23.04.2024 - 17:32
De Xea La Liqa klubuna keçə bilər

İngiltərə Pemyer Liqa təmsilçisi"Mançester Yunayted"in keçmiş qapıçısı David de Xea La Liqaya qayıda bilər. 

Apasport.az “Estadio Deportivo”ya istinadən xəbər verir ki, “Betis” qapıçını dəvət etməkdə maraqlıdır.

“Mançester Yunayted”dən azad agent kimi ayrılan ispan qolkiper hələ də özünə yeni klub tapa bilməyib. David 2011-2023-cü illərdə "Mançester Yunayted"də çıxış edib. 

Qeyd edək ki, bu müddətdə qolkiper komanda ilə İngiltərə Premyer Liqasının və Avropa Liqasının qalibi olub.

0